25 Avqust 2016 17:08
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün SOCAR prezidenti Rövnəq Abdullayevlə “Türkiyə Petrolleri A.O” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saliha Dündarın görüşü olub.


SOCAR-dan verilən məlumata görə, görüşdə Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin növbəti qurultayının bu ilin oktyabrında Bakıda keçiriləcəyi haqqında SOCAR prezidentinə məlumat verilib. Bildirilib ki, builki qurultay Heydər Əliyevin xatirəsinə həsr olunacaq.

Türk Dünyası Mühəndislər və Memarlar Birliyi 2016-cı ili Heydər Əliyev irsinin öyrənilməsi ili elan edib. “Energetika və nəqliyyatda meqa-layihələr” adı altında təşkil olunacaq bu mötəbər tədbirin açılışında və işində Türkiyənin baş naziri Binəli Yıldırımın iştirak edəcəyi qeyd olunub.

Təşkilat Komitəsi tərəfindən SOCAR prezidentini Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin fəxri üzvü kimi qurultaya dəvət etmək haqqında qərar qəbul olunduğu bildirilib.

S. Dündar Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi İlyas Demirçinin imzaladığı dəvətnaməni SOCAR prezidenti Rövnəq Abdullayevə təqdim edib.

Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin növbəti qurultayının Heydər Əliyevin xatirəsinə həsr olunmasını və Bakıda keçirilməsini yüksək qiymətləndirən R. Abdullayev qurultayın fəxri nümayəndəsi statusuna layiq görüldüyü üçün təşəkkürünü bildirib.


Müəllif:

Oxşar xəbərlər