27 İyun 2014 13:16
1 277
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının xarici işlər naziri Van İnin dəvəti əsasında iyunun 30-dan iyulun 2-dək bu ölkədə rəsmi səfərdə olacaq.

Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində E.Məmmədyarovun Çinin xarici işlər naziri Van İ və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

Səxavət


Müəllif: