26 Avqust 2016 14:19
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev Keniyanın Xarici işlər və beynəlxalq ticarət üzrə naziri xanım Əminə Məhəmməd ilə görüşüb.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, səfir E.Abdullayev Azərbaycanın regionun lider dövləti olduğunu, regionda irimiqyaslı layihələrin həyata keçirilməsində məhz ölkəmizin aparıcı rol oynadığını və bir çox böyük beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini keniyalı rəsminin diqqətinə çatdırıb.

Nazir Ə.Məhəmməd ölkəsinin Azərbaycanla əməkdaşlıq etməyə maraqlı olduğunu və əməkdaşlığın aparılması üçün böyük potensialın mövcudluğunu qeyd edib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişafı perspektivləri, o cümlədən tərəflər arasında iqtisadi, mədəniyyət və turizm, elm və təhsil sahələri üzrə əməkdaşlıq müzakirə edilib və bu münasibətlərin inkişafı üçün qarşılıqlı səfərlərin həyata keçirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyi vurğulanılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər