2 Sentyabr 2016 12:28
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 1-də İrəvanda mətbuat konfransında “Modus Vivendi” analitik mərkəzinin rəhbəri Ara Papian Azərbaycanın Rusiyada artan təsirindən narahatlığını ifadə edib. O, bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunda təmsil olunan yeganə ölkədir ki, münaqişə tərəfi olan Azərbaycana silah partiyaları ötürür. Ara Papian xüsusilə qeyd edib ki, Rusiya Ermənistanın müttəfiqidir, amma müttəfiqinin düşməninə silah satır və bu dünya tarixində yeganə hadisədir.

Erməni politoloqun bu açıqlamasını sabiq dövlət müşaviri, deputat Rasim Musabəyov şərh edib. Deputat Teleqraf.com-a bildirib ki, Moskva ilə Bakı arasında yaxınlaşmadan erməni analitikinin qorxusunun müəyyən səbəbləri var: “Silah məsələsində erməni diplomatiyası bəzi faktlar gətirə bilər. Ancaq iş ondadır ki, Amerika bir-birilə münaqişədə olan Türkiyə və Yunanıstana silah təhcizatı həyata keçirib. Eyni zamanda ən müasir silahları İsrailə satıb, amma Misir və İordaniyaya pulsuz silahlar verilib. Birləşmiş Krallıq münaqişə tərəfi olan Hindistan və Pakistanla silah ticarətində olub. Bu mənada ermənilər araşdırma apara, biliklərini artıra bilər və bu zaman “dünya tarixində ilk hadisədir” iddiası əsassız olar”.

Cavad


Müəllif:

Oxşar xəbərlər