2 Sentyabr 2016 16:14
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neçə müddətdir ki, “El Hərəkatının” sədri Eldar Namazovdan xəbər-ətər yoxdur. Son günlər bəzi media nümayəndələri də, Namazovun görünmədiyini, onunla əlaqə saxlaya bilmədiklərindən şikayətləniblər.

Yeri gəlmişkən, qeyd edək ki, bu ilin aprelin ortalarından Namazov artıq səhhətində yaranan problemləri həll etdiyini, rəhbəri olduğu Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin fəaliyyətini aktivləşdirəcəyini bildirmişdi. Lakin buna baxmayaraq aprelin sonlarından bu yana Namazovla bağlı xəbərlərə çox az rast gəlinir.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Eldar Namazov Gürcüstandadır. Daha doğrusu Batumi şəhərində.

Belə ki, Türkiyədə elmi-pedoqoji fəaliyyətlə məşğul olan Toğrul İsmayıl bir müddət əvvəl Feysbuk səhifəsində fotolar paylaşıb. T.İsmayılın statusundan bəlli olur ki, fotolar 1 sentyabrda Batumi şəhərində, Hilton mehmanxanasında “Qara dəniz regionunun təhlükəsizlik forumu” mövzusunda keçirilən tədbirdə çəkilib. Sentyabrın 4-dək davam edəcək tədbirdə regionuin ekspert və analitikləri iştirak edir. Həmin tədbirə Eldar Namazov da qatılıb.

Cavad


Müəllif: