3 Sentyabr 2016 10:31
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova qurumun Büro, Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclaslarında iştirak etmək üçün sentyabrın 4-də Fransanın paytaxtı Parisə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, Büro iclasında AŞPA-nın oktyabr ayında keçiriləcək 4-cü sessiyasının gündəliyi müzakirə olunacaq, Azərbaycanda keçiriləcək referendum, Moldovada və Bolqarıstanda prezident seçkiləri, Belarusda, İordaniyada, Mərakeşdə, Gürcüstanda, Monteneqroda parlament seçkiləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.

Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında internet şəbəkələrdə diskriminasiya əleyhinə mübarizə, qadınlara qarşı zorakılığa son qoyulması, onların ictimai həyatda və iqtisadi sahədə hüquqlarının gücləndirilməsi mövzuları müzakirə ediləcək, Milli azlıqların hüquqları üzrə alt komitənin gördüyü işlər, noyabr ayında keçiriləcək Dünya Demokratiya Forumu barədə danışılacaq.

Deputatımız tədbirlərdə müzakirə olunan məsələlərə öz münasibətini bildirəcək.
Səfər sentyabrın 10-da başa çatacaq.

Cavad


Müəllif:

Oxşar xəbərlər