3 Sentyabr 2016 12:12
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan parlamentinə namizədliyini irəli sürən cərrah Fərman Ceyranlı deputat seçiləcəyi təqdirdə görəcəyi işlər haqqında Teleqraf.com-a danışıb.

Vahid Gürcüstan Partiyasının namizədi olan soydaşımız qeyd edib ki, seçkidə qələbə çalarsa bir sıra istiqamətlər üzrə vəziyyətin dəyişməyə çalışacaq: “Hesab edirəm ki, bir çox qanunları dəyişmək lazımdır, çünki günün tələblərinə cavab vermir. Söhbət sosial, səhiyyə, bank sistemi və digər sahələrlə bağlı qanunlardan gedir”.

Deputatlığa namizəd daha sonra deyib ki, namizədliyini irəli sürüldüyü Bolnisi rayonunun 38 kəndinin adı dəyişdirilib və onalara gürcü adları qoyulub: “Bu, mənim üçün vacib məsələlərdən biridir. Hesab edirəm ki, tarixi adlar bərpa olunmalıdır. Eyni zamanda torpaq məsələlərində problemlər var”.

Fərman Ceyranlı daha sonra seçkilərə qatılan əsas partiyaların şansları haqqında da danışıb.

Məlumat üçün deyək ki, hazırda seçkilərdə iştirak edən əsas partiyalar hakimiyyətdə olan “Gürcü Arzusu” və müxalifətdə olan sabiq prezident Mixail Saakaşvilinin sədri olduğu Milli Hərəkat Partiyasıdır.

Müsahibimiz isə deyir ki, hər iki partiyanın siyasi kursunda nöqsanlar göz önündədir: “Abxaziya və Osetiya kimi problemlər demək olar ki, dondurulub. Mənim təmsil olunduğum Vahid Gürcüstan Partiyasının qeyd edilən problemləri həll etmək üçün mükəmməl proqramı var. Hazırda keçirilən sosioloji rəy sorğularına əsasən, biz iqtidar partiyasından sonra ikinci yerdəyik”.

Namizəd deyir ki, seçkilərdə çoxlu sayda azərbaycanlı namizədlərin olması şübhəsiz ki, azərbaycanlıların kompakt yaşadığı ərazilərdə səslərə təsir edir, onu parçalayır: “Fikrimcə, ən pis halda ikinci tur olacaq. Ümumiyyətlə, proqnozlar belədir ki, seçki dairələrinin 90 faizində ikinci tur gözlənilir”.

Cavad


Müəllif:

Oxşar xəbərlər