3 Sentyabr 2016 14:19
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva və YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən 9-cu Baş Assambleyasında iştirak edirlər.

Teleqraf.com xəbər verir ki, “Vahid Asiya” mövzusu altında keçirilən toplantının sessiyalarında təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, ekstremizm və terrorizmlə mübarizə, qadın haqlarının və gənclərin hüquqlarının qorunması, media azadlığı və digər aktual mövzular müzakirə edilir.

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) 9-cu Baş Assambleyası sabah işinə yekun vuracaq.

Cavad


Müəllif: