Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə və deputat Xanlar Fətiyev Belarus Respublikası parlamentinə keçiriləcək seçkiləri müşahidə etmək üçün sentyabrın 8-dən 13-dək bu ölkədə səfərdə olacaq.
Teleqraf.com xəbər verir ki, MDB İcraiyyə komitəsinin və MDB Parlament Assambleyasının xətti ilə seçkiləri izləyəcək deputatlarımız Minsk şəhərinin müxtəlif seçkı məntəqələrində olacaq, prosesdə yeni texnologiyaların tətbiqi ilə maraqlanacaq, Azərbaycanın bu sahədəki təcrübəsi barədə fikirlərini bölüşəcəklər.
Cavad