“Konstitusiyaya bir sıra əlavə və dəyişikliklərin edilməsi günün və zamanın tələbidir”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Ə.Əmiraslanov bildirib ki, Konstitusiyaya təklif edilən dəyişikliklər dövlətçiliyimizin güclənməsinə böyük töhfələr verəcək: “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 26 sentyabr 2016-cı il tarixində keçiriləcək ümumxalq səsverməsində hər bir vətəndaşın fəal iştirakı, bu dəyişikliklərə səs verməsi vacibdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizdə möhtəşəm uğurlar qazanılıb. Eyni zamanda, demokratik dövlət quruçuluğu prosesində geniş islahatlar həyata keçirilir, ölkəmizdə bütün sahələrdə sürətli tərəqqi baş verir, regionlar gündən-günə çiçəklənir”.
Cavad