7 Sentyabr 2016 16:15
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sosial sifarişlər və dövrün tələbləri nəzərə alınaraq, Konstitusiyaya dəyişiklikləri həm zəruri, həm də faydalıdır”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu tərəfindən təyin edilmiş səlahiyyətli nümayəndə, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

Deputatın fikrincə, 2009-cu ildə keçirilmiş referendumdan sonra ötən 7 il ərzində Azərbaycanda baş verən əsaslı dəyişikliklər, yeni qlobal çağırışlar Azərbaycan Konstitusiyasının bu tələblərə uyğunlaşdırılmasını zəruri edir: “Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış əsas qanunumuz – Konstitusiyamız 1995-ci il noyabrın 12-də referendumda qəbul edilib.

Ötən dövrdə Konstitutsiyaya zəruri dəyişikliklərin edilməsi 2002, 2009-cu illərdə referendum yolu ilə baş verib. Bu il sentyabrın 26-na təyin edilmiş referenduma Azərbaycan Respublikasının Konstitusiyasının 23 maddəsində dəyişiklik, 6 yeni maddənin əlavə olunması təklif edilib. Referendum Aktında nəzərdə tutulan bütün təkliflər Konstitusiyanın 12-ci maddəsinin birinci hissəsinə tam uyğundur və onun həyata keçirilməsinə təminat verir.

Konstitusiyanın 12-ci maddəsinin birinci hissəsində deyilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyaya təklif olunan bu dəyişikliyi dərindən təhlil etdikdə aydın olur ki, nəzərdə tutulan dəyişikliyin əsas mahiyyəti insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi, dövlətin öz üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməsinə zəmin yaratması ilə əlaqədardır.

Ona görə də mən Referendum aktında nəzərdə tutulan təkliflərin hamısını bütövlükdə dəstəkləyirəm və hesab edirəm ki, bu dəyişikliklər respublikamızın demokratik və hüquqi dövlət quruculuğu istiqamətində irəliyə atdığı ən uğurlu addımlardan biridir”.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər