“Azərbaycanda referendum mühiti yarada bilmişik. İşlər qaydasında gedir, hələlik problem yoxdur”.
Teleqraf.com-un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, müşahidəçilər səsvermə günü diqqətli olmalıdırlar: “Müşahidəçilər səsverməni izləməlidirlər. Yəni, müşahidəçi şahidi olduğu hadisə ilə bağlı fikir yürüdə bilər. Bizim səsvermə ilə bağlı təəssüratlarımız müşahidəçilərin müraciətləri əsasında yaranır. Bu baxımdan, müşahidəçilər obyektiv olmalıdırlar”.
Kəmalə