“Milli Şuranın mitinqinə qatılmaq sözü düzgün ifadə deyil. Əvvəla Milli Şura bununla bağlı bizə müraciət etməyib. İkincisi, biz mitinq qərarının verilməsi prosesində iştirak etməmişik”.
Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, hər hansı bir partiya mitinq keçirirsə, digər partiyaların ora qatılması etik baxımından doğru deyil: “Sadəcə olaraq biz partiya üzvlərinə hər hansı bir qadağa qoya bilmərik. Çünki bu konstitusiya hüququna ziddir. Lakin özümüz mitinqə qatılmayacağıq”.
ADP sədri söyləyib ki, əslində hansısa partiya rəhbərliyinin hansısa partiyanın mitinqində iştirakı kimi təcrübə yoxdur: “Nəzərə almaq lazımdır ki, belə aksiyalarda iştirak həm də qrup maraqları ilə bağlıdır. İndiki halda nə onlar bizi mitinqə dəvət edib, nə də biz bu mitinqdə iştirak haqqında düşünürük”.
Cavad