8 Sentyabr 2016 09:50
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Rusiya paytaxtında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsləhətləşmələr aparılacaq.


Teleqraf.com xəbər verir ki, ATƏT-in Minsk Qrupu həmsədrləri olan İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andrie (Fransa) növbəti məsləhətləşmələr üçün Moskvada bir araya gələcək. Məsləhətləşmələrə ATƏT sədrinin şəxsi köməkçisi Anjel Kaspşik də qatılacaq. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aktual məsələlər müzakirə olunacaq. Eyni zamanda mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda keçirilən görüşlərdə əldə olunmuş razılaşmaların reallaşdırılmasının gedişatı barədə fikir mübadiləsi aparılacaq.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər