Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan bundan sonra Rusiya və Türkiyədə vəkil fəaliyyəti ilə məşğul olacaq.
Teleqraf.com xəbər verir ki, bu haqda Əvəz Temirxanın özü bildirib. Yeri gəlmişkən, Əvəz Temirxan Rusiya və Türkiyədə hüquqi xidmət təklifi ilə əlaqədar Feysbuk-da ciddi reklam işləri də aparır.
Partiya sədri sosial şəbəkədə yaydığı müraciətində qeyd edib ki, Rusiyada təhsil almış və işləmiş təcrübəli hüquqşünas maklerlik etmədən Azərbaycanda, Rusiyada və Türkiyədə hərtərəfli və keyfiyyətli hüquqi yardım edir.
Cavad