8 Sentyabr 2016 16:37
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı Bakı Şəhər Baş Polis İdarəsində olub.

Teleqraf.com-a danışan partiya başqanı bildirib ki, o, Baş Polis İdarəsinin Təhlükəsizlik İdarəsinin rəisi Nurulla Məmmədxanlı ilə görüşüb.

Hacılı deyib ki, ona öncədən 11 sentyabr və 18 sentyabrda elan edilən mitinqlə bağlı söhbət etmək istədikləri barədə xəbərdarlıq ediblər: “Görüş zamanı isə bildirdilər ki, onlarda Müsavat Partiyasının referendum öncəsi ölkənin bir çox yerlərində lokal piketlər keçirməklə polislə qarşıdurma yaratmaq və beləcə ölkədə vəziyyəti gərginləşdirmək planı var. Mən də bildirdim ki, Müsavatın belə bir planı yoxdur və ola da bilməz. Çünki Müsavat Partiyası kütləvi aksiyalarını “Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna uyğun olaraq həyata keçirir. Əksinə, biz qarşıdurmaların və toqquşmaların baş verməsində maraqlı deyilik və belə hallar olanda bunun qarşısını almağa çalışırıq. Eyni zamanda söhbət zamanı idarə rəisi bildirildi ki, əgər 11 sentyabr və 18 sentyabrda mitinqlərin keçirilməsinə icazə verilicəksə, ictimai-asayiş məsələsinə rəhbərlik edəcək şəxslərdən biri olacaq. Bu səbəbdən də həmin kütləvi aksiyalarda asayişin qorunması ilə bağlı bizim tərəfdarlarımıza xəbərdarlıq edərək fikirlərimizi çatdırmağımızı istədi”.

Cavad


Müəllif: