28 İyun 2014 12:07
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bahar Muradova erməni deputatın cavabını verdi

“Ukrayna ilə bağlı qətnamənin qəbul edilməsi regionda münaqişələrin baş verməsinə şərait yaradacaq”.

Teleqraf.com bildirir ki, ATƏT PA-nın Bakıda keçirilən sessiyasında çıxışı zamanı erməni parlamentinin beynəlxalq şöbəsinin nümayəndəsi Anait Qasparyan deyib. O, sessiyada ərazi bütövlüyü məsələsinin müzakirə edilməsinin əleyhinə olduğunu söyləyib.

“Hesinki yekun aktının bütün prisipləri nəzərə alınmalıdır. Amma burada ərazi bütövlüyü məsələsi qabardılır. BMT-nin xartiyasının ilk bölməsində xalqların öz müqəddaratını həll etməsi məsələsi qeyd olunub. Xartiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnaməni inkar edir. Xalqların hüququ tapdanacaqsa beynəlxalq hüquq nəyə lazımdır? Bizim prezidentimiz vurğulayıb ki, münaqişənin həlli regionda sülh yaradacaq. Bu prezidentlərin bəyanatlarına əsaslanır. Münaqişənin tonallığı bizə nikbinlik verir. Belə bir qətnamənin qəbul olunası münaqişləri daha da dərinləşdirəcək”.

Daha sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova erməni deputata cavab verib: "Mən hər şeyi açıq söylədim. Çox da yaxşı elədim. Qətnamənin üzərində yenidən işlənməsi fikirimə razılıq verildiyinə görə təşəkkür edirəm. Dəvəquşu artıq gözünün birini qumdan çıxarıb. Biri isə qumdadır. Artıq bütün münaqişlər baxmaq lazımdır. Dağlıq Qarabağ münaqişəsi bəziləri üçün ürək ağrısı, bəziləri üçün isə saç tökümüdür. Biz qətnamənin üzərində işləməliyik”./ans press/


Müəllif: