10 Sentyabr 2016 21:14
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət Departamenti şənbə günü Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərlinin azadlığa buraxılmasını alqışlayıb.

"Biz Azərbaycan höküməti tərəfindən əlavə müsbət addımlar atılacağını gözləyirik" - Trend ABŞ dövlət Departamentinin rəsmi saytına istinadən xəbər verir ki, bunu dövlət Departamentinin mətbuat katibi Con Kirbi söyləyib.

Natiq Cəfərli avqustun 12-si saxlanılmışdı. Nəsimi rayon məhkəməsinin qərarı ilə ona 4 ay həbs cəzası verilmişdi.

Cümə günü N.Cəfərli məhkəmə zalından azadlığa buraxılıb.


Müəllif:

Oxşar xəbərlər