11 Sentyabr 2016 21:22
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda mitinq keçirənlər buna görə xarici təşkilatlardan maliyyə alırlar.

 

Bunu Trend-ə millət vəkili, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib. O qeyd edib: "Milli Şuranın mitinqinə bu quruma daxil olan partiya rəhbərlərinin qohum-əqrəbası yığışıb. Onlar mitinq keçirməklə dövlətə və xalqa kəskin münasibətlərini bildirirlər".

 

S.Novruzovun sözlərinə görə, onlar xarici təşkilatlara göstərmək istəyirlər ki, Azərbaycanda etiraz var: "Və buna görə həmin təşkilatlardan maliyyə alırlar". Qeyd edək ki, sentyabrın 11-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, saat 17.00-dan 19.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 2500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.


Müəllif: