15 Sentyabr 2016 22:54
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllindəki mövqeyi dəyişməzdi.

Teleqraf.com Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərə açıqlamasında deyib.

"Biz ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyirik. Ötən həftə Minsk qrupunun amerikalı həmsədri Jeyms Uorlik Rusiya Xarici İşlər naziri ilə münaqişənin həlli ilə bağlı müzakirələr aparıb".

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllini vacib hesab edir. Regionda sabitlik və sülhün təmin olunması üçün münaqişə tərəflərinin bir araya gəlməsi və bu istiqamətdə çalışmaları gərəkdi", - deyə Sekuta bildirib.

Səfir əlavə edib ki, ABŞ Azərbaycan hökuməti ilə bu istiqamətdə çalışır.


Müəllif:

Oxşar xəbərlər