Bu gün Milli Şura üzvlüyündən kənarlaşdırılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrliyinə sabiq namizəd Sahib Kərimli özünün "facebook" sosial şəbəkəsindəki səhifəsində qərara münasibətini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, S.Kərimli qərarı qanunsuz sayır: "Haqqımda çıxarılan qərar antidemokratik, qorxaq, hüquqa zidd və mərhəmətsizdir.
S.Kərimli bildirib ki, bu qərarı referendumdan sonra geniş şərh edəcək: "Eyforik dönəmdir, prosesin bir mərhələsi bitsin, ayılmalar olsun, soyuq başla müzakirələr edərik. Ölkəmdə açılımların olması üçün, siyasət ölkəyə qayıtmalıdır. İmmitasiyaya qayıtmamalıdır! Ondan bir üst mərhələyə adlaya bilib, dövlətin və cəmiyyətin potensialından istifadə etməliyik. Hələlik isə tezdir. Referendumdan sonra geniş açıqlama verəcəm, ölkənin siyasi həyatının daha çox aydınlanması mümkün olacaq. Başıma və başımıza dirənənləri tanıdacam sizə".
S. Kərimli bu statusunun altında isə "Kirpi"nin karikaturasını paylaşıb.