16 Sentyabr 2016 16:38
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azadlıq” siyasi partiyaların Əməkdaşlıq Mərkəzinin hər həftə toplantıları keçirilir, müzakirələr aparırıq. Bu həftə toplaşdıq. 15 sentyabrla bağlı Bakıda Türk Şəhidliyini, Atatürkün abidəsini və Acıdərədə türk zabitinin qəbrini ziyarət etdik. Həmçinin ölkədə ictimai-siyasi durumla bağlı müzakirələr apardıq. Gələn həftənin cümə günü referendumla bağlı dəyirmi masa keçirməklə bağlı qərar verdik”.

Bunu Teleqraf.com-a Azadlıq Partiyasının sədri, “Azadlıq” siyasi partiyaların Əməkdaşlıq Mərkəzində təmsil olunan Əhməd Oruc deyib.

Qeyd edək ki, əməkdaşlıq mərkəzi ötən ay tətilinə çıxdığı səbəbindən toplaşmırdı.

Əhməd Oruc deyir ki, artıq əməkdaşlıq mərkəzi fəaliyyətini bərpa edib: “Biz tətildə olduğumuz zaman mütəmadi görüşüb müzakirələr aparırdıq. Yəni kontaktlarımız vardı və qeyri-rəsmi məsləhətləşmə olurdu”.

Əhməd Oruc mitinqlərə əməkdaşlıq mərkəzinin mövqeyini də açıqlayıb: “Biz referendumla bağlı müxalifətin vahid mövqeyinin formalaşmasına çalışırdıq, bununla bağlı çağırışlarımız oldu. Təəssüflər olsun ki, indi elə vəziyyət yaranıb ki, müxalifət düşərgəsində iki partiya özünü müxalifət sayır. Məsələn, AXCP yalnız özünü müxalifət elan edir. Müsavat Partiyası isə özünü, REAL və NİDA Hərəkatını müxalifət sayır. Qalanlarını isə müxalifət saymırlar. Biz də onların hamısını müxalifət hesab edirik, amma həm də kiminsə yedəyində olan müxalifət kimi qəbul edirik. Bu səbəbdən də bizim birgə mövqeyimiz əldə edilmədi”.

Əhməd Oruc deyib ki, Müsavat və AXCP “Azadlıq” siyasi partiyaların əməkdaşlıq mərkəzini mitinqdə iştiraka dəvət etməyib: “Aksiyalara dəvət etmədikləri üçün qatılmayacağıq. Fikrimcə, aksiyaların təşkili koordinasiya olunmalı idi. Biz Milli Şuranın mitinqinə qatılmadıq, amma bəzi üzvlərimiz qatılıb. Həmçinin Milli Şuranın hicab və dini məsələlərlə bağlı mövqeyini bölüşmürük”.

Cabbar


Müəllif:

Oxşar xəbərlər