Milli Şuranın "Məhsul" stadionunda keçirdiyi aksiya başa çatıb.
16.01
Bu gün müxalifətin bir qismi keçmiş "Məhsul" stadionunda aksiya keçirir.
Teleqraf.com lent.az-a istinadən xəbər verir ki, Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiyasında təhlükəsizlik tədbirlərini Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları həyata keçirir.
Mitinqə çox az sayda cəbhəçinin toplaşdığı bildirilir.
Aksiya Milli Şura adından təşkil olunsa da, stadiona yalnız cəbhəçilər gəlib. Mitinqdə ilk çıxışı da Milli Şuranın sədri Cəmil Həsənli yox, Əli Kərimli edib.
Məlumata görə, mitinqdə cəmi 600 nəfərə yaxın şəxs iştirak edir.
Mitinqdən əvvəl Milli Şuranın koordinatorları mitinqdə "on minlərlə şəxsin iştirak edəcəyi" barədə proqnozlar versələr də, proqnoz doğrulmayıb.
Mitinqin təşkilatçıları tərəfindən bayrağımıza edilən hörmətsizlik diqqətdən yayınmayıb. Fotodan göründüyü kimi şanlı bayrağımız “Məhsul” stadionunda ayaqlar altına atılıb.