Makedoniyada Türk Hərəkat Partiyasının baş katibi Enes İbrahim ailə həyatı qurub.
Teleqraf.com xəbər verir ki, Türk Hərəkat Partiyasının baş katibi Makedoniya parlamentinin azsaylı türk millət vəkillərindən biridir.
O, uzun illər hüquqşünas və hüquq müdafiəçisi olaraq fəaliyyət göstərib. Daha sonra siyasətə gələrək Türk Hərəkat Partiyasında təmsil olunub.
Türk Hərəkat Partiyası Makedoniya türkləri içərisində ən nüfuzlu və güclü siyasi təşkilat hesab olunur. Hazırda partiya Sosial Demokratlar Koalisiyasında təmsil olunur və oktyabrda keçiriləcək parlament seçkilərində iştirak edəcək.
Makedoniya parlamentinin üzvünün toyunda Azərbaycandan Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyevdə iştirak edib.
NEMƏT