17 Sentyabr 2016 17:35
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Öz Vətəninə mənsub olmayan insan bəşəriyyətə də mənsub deyil”. Rus tənqidçisi Belinskinin bu sözləri fonunda bu günlərdə ortaya çıxan bir fakt diqqət çəkir.

Azərbaycanda bir sıra QHT mənsubları (əsasən də ultra-liberal, seksual inqilab tərəfdlarının doluşduğu, yaxud qazanc mənbəyi olanlar) xarici donorlardan qrant almaq üçün Qarabağ məsələsindən imtina edirlər. Daha dəqiq desək, qrant verən xarici donor bizim “milliliyi hakimiyyət eşqi” hesab edən QHT-lərimizin qarşılığında bir şərt qoyur: Ya Qarabağ, ya da pul.

Bu sual üzərində küçədə sorğu keçirsək, mənzərə yəqin ki, aydındır: ölkənin ən sıravi vətəndaşından tutmuş hər kəs birincini seçəcək. Bu, sadəcə söz deyil, təsdiq olunmuş aksiomadır. Çünki; məsələ təkcə ermənilərə qalib gəlmək deyil; məsələ haqqın olanı almaq, hər gün ayaq basdığın bu torpaqların suverenliyini qorumaqdır. Məsələ bu qədər sadədir.

Və Azərbaycan insanını “geridə qalmış” hesab edən, okeanın o tayındakılarını, yaxud “Köhnə Qitə”nin “əli qanlı” demokratlarını eşolon hesab edənlər seçimi necə olacaq?! Cavab aydındır: “Onlar Qarabağı ciblərinə dəyişdi”.

Bu çevrənin kim olmasını bilmək üçün dərinə getmək lazım deyil.

Sentyabrın 15-də ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələr keçirildi. İştirakçılar; Xədicə İsmayıl, AXCP sədri Əli Kərimlinin oğlu, son 5 ildə Azərbaycana qonaq kimi gələn, əsgərliyə getməyən, cəbhənin nə olduğunu bilməyən Türkel Kərimli, “Azərbaycanda Dmokratiya Aktını” erməni lobbisinin üzvü Kristofer Smitlə birgə hazırlayan Cim Makqovern, ABŞ-ın Bakıdakı keçmiş səfiri Riçard Kozlariç və bir sıra digər şəxslər.

“Qorxaq diplomat görmək çox depressivdir. ABŞ kimi ölkədən belə bir şeyi görmək çaşdırıcıdır. Necə oldu ki, güclü dövlətlər belə zəiflədi?”.

Dinləmərələrə internet üzərindən qoşulan X. İsmayıl belə deyir. Onun “necə oldu ki, güclü dövlətlər belə zəiflədi?” sözləri əslində bütün bu şəbəkənin mahiyyətini açıq şəkildə göstərir.

Onlar üçün Vətən yox, güc əsasdır və kim güclüdürsə, onun yanında olacaqlar.

Kiçik Kərimlinin iştirak etdiyi dinləmələrdə Azərbayan torpaqlarını işğal edən, Xocalıda bəşəriyyətin ən dəhşətli soyqırımı törədən Sarkisyan rejiminin Qarabağda yaratdığı separatçı rejimin “lideri” Boko Saakyanın oğlunun da iştirakı hər şeyi açıq şəkildə göstərmirmi?!

Onlar Qarabağı pula, hakimiyyətə və gücə dəyişdi.

Və bu gün “Məhsul” stadionunda Corc Sevilin təbirincə desək, partiyasına “axmaqlıqdan girən, utancalıqdan çıxa bilməyən” 5-10 nəfəri toplayan Əli Kərimli “demokratiya” deyir. Amma bütün siyasi fəaliyyəti boyunca, istər mitinqlərdə, istərsə xarici mediaya verdiyi müsahibələrdə bircə dəfə də olsun Qarabağdan danışmayıb.
QHT-lərə qrant qarşılığında qoyulan Qarabağ şərti bunun səbəbini açıq şəkildə göstərir. O da unudulmamalıdır ki, xaricdən ən çox qrant alanlar məhz Əli Kərimlinin ətrafındakı QHT-lərdir. Qərbin Azərbaycanda xaos yaratmaq istəyən dairələr əslində bu QHT-lər vasitəsilə AXCP-yə pul ötürüb.

Yenə gələk dinləmələrə: azərbaycanlıların qanına əli abtmış Boka Saakyanın oğlu ilə eyni auditoriyanı paylaşan Türkel Kərimli və Xədicə İsmayıla “söz verildiyi” dinləmələrə Cim Makqovern rəhbərlik edirdi. O, B. Saakyanın oğlunun da fəal iştirak etdiyi Amerika Erməni Konqresinin ən yaxın dəstəkçilərinəndir. Bu qurumun fəal dəstəkçilərindən olan Kristofer Smitlə ötən ilin dekabr ayında “Azərbaycanda Demokratiya Aktı” adlı qanun layihəsi hazırlayıb. Bu layihə Azərbaycana qarşı sanksiyaları tətbiq edilməsini nəzərdə tuturdu. Xüsusilə layihədə bir məqam diqqət çəkir: “Azərbaycan rəhbərliyi yalnız Qarabağ dsanışıqları aparmaq üçün Avropa ölkələrinə viza ala bilərlər”.

Bu nə demək idi?: Yəni, Azərbaycana ya sanksiya, ya da Qarabağda təslimçi sülh şərti qoyulurdu.

Rəsmi Bakı diplomatik manevrləri ilə bu xain planın qarşısını aldı. Lakin görünür, xain plan yenidən işə düşüb və bu dəfə AXCP sədrinin rəhbərliyi altında öz içimizdəkilər prosesə qoşulublar.

Konqrsdə dinləmələr, bu dinləmələri Azərbaycanı Qarabağda təslmiçi sülhə məcbur etmək istəyən dairənin təşkil etməsi, orada Boka Saakyanın oğlu ilə birlikdə Əli Kərimlinin oğlunun və Xədicə İsmayılın iştirak etməsi bunu sübut edir.

Görünür, bu proses uzun müddətdir başlayıb və “demokratiya” çətiri altında pul qazanan QHT-lər də məhz qrant qarşılığında Qarabağdan imtina ediblər.

“Onların demokratiyası günorta yeməyində iki qurdla bir quzunun günorta yeməyində nə yeyiləcəyini səs verməyə qoymasıdır”. Franklin belə deyirdi.

Göründüyü kimi, bu gün demorkatiya deyə bağıran bu şəxslər Azərbaycanı xaosa sürükləmək istəyənlər, erməni lobbisi və Xocalıda soyqırımı törədənlərlə birlikdə Qarabağı bazarlığa çıxarıblar.

Publika.az


Müəllif:

Oxşar xəbərlər