Politoloq Elxan Şahinoğlu hazırda ABŞ-da yaşayan keçmiş spiker Rəsul Quliyevin müxalifətin keçirdiyi mitinqlər barədə fikirlərini şərh edib.
Teleqraf.com-un məlumatına görə, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Rəsul Quliyevə xitab edərək onu Azərbaycana dəvət edib: “Rəsul Quliyev hamını bezdirib, yeni heç nə demir, daha kimə ağıl qoymur, nə bilim, "o mitinq keçirə bilmir, bu mitinq keçirə bilmir". Belə bacarıqlısınızsa, gəlin vətənə və özünüz Bakıda mitinq keçirin, xalqı arxanızca aparın, sonra da deyin ki, "mən hamınızdan bacarıqlıyam!"
Amerikada yaşayıb iqtidarı, müxalifəti və ictimaiyyəti bacarıqsızlıqda tənqid etməkdən asan iş yoxdur. Bakıya gəlib siyasi fəaliyyətlə məşğul ola bilmirsinizsə, Amerikada rahat mühacirət həyatınıza davam edin!”
E.Şahinoğlu əlavə edib ki, Rəsul Quliyevin Azərbaycanda siyasi fəaliyyət göstərməsini arzu edir: “Onun quracağı partiyanın Milli Şura və Müsavat Partiyasından nə ilə fərqlənəcəyi mənim üçün də maraqlıdır”.
Kəmalə