Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb.
MSK-nın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səfir rəhbərlik etdiyi qurumun MSK ilə sıx əməkdaşlığından məmnunluğunu vurğulayıb, buna görə MSK sədrinə öz təşəkkürünü bildirib və 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsinə hazırlıqla bağlı görülmüş işlərlə maraqlanıb.
Məzahir Pənahov qeyd edib ki, MSK beynəlxalq qurumlarla əməkdaşlığa hər zaman açıqdır, bu münasibətlər seçki və referendum praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatmasında və əldə olunan nailiyyətlərdə əhəmiyyətli rol oynayır.
Qonağın suallarını cavablandıran MSK sədri həmçinin referendumun yüksək səviyyədə təşkil olunması, azad, ədalətli və şəffaf keçirilməsi üçün Azərbaycanda hər cür şəraitin və demokratik mühitin olduğunu vurğulayaraq, ölkəmizin seçki (referendum) qanunvericiliyi, seçki komissiyalarının fəaliyyət prinsipləri və qarşıdan gələn ümumxalq səsverməsi ilə bağlı vətəndaşların referendumda iştirak hüquqlarının daha səmərəli təmin edilməsi üçün gerçəkləşdirilmiş genişmiqyaslı layihələri diqqətə çatdırıb.
Səxavət