23 Sentyabr 2016 11:54
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan qlobal məsələlərdə xaos dənizində kənarda durur.

Bunu Trend-ə ABŞ-ın "Caspian Group Holdings" şirkətinin baş direktoru Rob Sübhani deyib.

Onun sözlərinə görə, ölkə rəhbərliyi müdriklik, müstəqillik, məsuliyyət və uzaqgörənlik göstərdi: "Əgər Azərbaycan xalqı referendumun köməyi ilə bu kursun davam etdirilməsinə səs vermək üçün seçimini edibsə, bu onun hüququdur və heç kim onu tənqid edə bilməz".

R.Sübhani bildirib: "Başa düşmək vacibdir ki, bu gün qərb dövlətlərinin qlobal terror, Suriyadakı böhran və qaçqın böhranı ilə bağlı ümdə məsələləri həll edə bilməmələri göz qabağındadır. Bu vəziyyətdə qərb mətbuatı Azərbaycanı tənqid etmək əvəzinə tərifləməlidir, ona görə ki, Azərbaycan sabit, dini dözümlülüyün olduğu, qonşuları ilə dinc yaşayan ölkədir".


Müəllif:

Oxşar xəbərlər