23 Sentyabr 2016 12:49
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, əməkdaşlığın inkişaf etdirilməsinə qarşılıqlı maraq ifadə olunub.

Tərəflər Azərbaycanla Aİ arasında tərəfdaşlığın yeni müstəviyə qaldırılması üçün tezliklə danışıqlara başlamağa hazır olduqlarını, energetika, nəqliyyat, kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu qeyd ediblər.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti barədə ətraflı məlumat verən nazir, Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsinin və yürütdüyü destruktiv və təxribatçı siyasətin münaqişənin həllinə və regionda sülhün və sabitliyin təmin olunmasına xələl gətirdiyini vurğulayıb. O əlavə edib ki, Azərbaycanın münaqişənin həlli üzrə substantiv danışıqların tərəfdarıdır.

F.Mogerini Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəklədiyini və Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllində maraqlı olduğunu diqqətə çatdırıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər