26 Sentyabr 2016 12:31
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində səsvermə keçirilir.

Teleqraf.com xəbər verir ki, məhkumlar ümumxalq səsverməsi - referendumda səsvermədə iştirak edirlər.

24 saylı Nizami Seçki Dairəsinin 33 saylı məntəqəsinin sədri Azər Səfərov bildirib ki, məntəqədə ümumilikdə 1015 seçici iştirak edir. Onun sözlərinə görə, bu saata seçicilərin 30 faizi seçkilərdə iştirak edib.

Məhkum Rəşad Əlizadə bildirib ki, referendumla bağlı səsvermədə iştirak edirlər. O qeyd edib ki, seçicilərə heç bir təzyiq göstərilmir: "Biz seçkilərdə sərbəst iştirak edirik".

Digər məhkum Fikrət Həsənov seçkilərdən əvvəl onlara referendumun mahiyyətinin izah olunduğunu deyib.

35 saylı seçki məntəqəsində 15 saylı cəzaçəkmə müəssisəsində saxlanan məhkumlar səs verir.

Məntəqənin sədri Məzahir Əhmədov bildirib ki, müəssisədə 743 məhkum seçici var: "Rəsmi məlumatı saat 10.00-da MSK-ya göndərmişik. Həmin məlumatda 151 məhkum seçici səs verib".

Məhkum Fikrət Həsənov bildirib ki, 8 ildir həbsxanada cəza çəkir: "Burada mövcud olan və təklif olunan sənədlər var. Səsvermədə iştirak edirik".

Hacı Zeynalov

Foto: Samir Isayev


Müəllif:

Oxşar xəbərlər