Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidəki səfirliyində ölkəmizin Konstitusiyasına təklif olunan dəyişikliklər və əlavələrlə bağlı keçirilən referendumla əlaqədar səsvermədə 85 faizdən çox Azərbaycan vətəndaşı iştirak edib.
Teleqraf.com-un məlumatına görə, Abu-Dabidəki səfirlikdə 16-cı Yasamal seçki dairəsi nəzdində yaradılmış məntəqənin seçki siyahısında BƏƏ-də daimi və ya müvəqqəti yaşayan 75 Azərbaycan vətəndaşı qeydiyyata alınıb. Saat 14:00-a olan məlumata görə 63 nəfər səfirliyə gələrək öz iradəsini sərbəst şəkildə ifadə edib. Seçki məntəqəsində səhər saatlarından aktivlik müşahidə edilir.
Səsvermə heç bir pozuntu olmadan azad və şəffaf şəraitdə keçir. Səsvermə prosesi yerli vaxtla saat 19:00-da başa çatacaq.