27 Sentyabr 2016 02:23
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konstitusiyaya dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da Azərbaycanda keçirilmiş ümumxalq səsverməsinin (referendum) ilkin nəticələri açıqlanıb.

Teleqraf.com xəbər verir ki, nəticələri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov elan edib.

Onun sözlərinə görə, 5 milyon 267 min 111 seçicidən 3 milyon 671 707 nəfəri səsvermədə iştirak edib ki, bu da 70,2 faiz seçici fəallığı deməkdir:

“Ölkə üzrə 5 min 627 seçki məntəqəsindən 3 min 950 seçki məntəqəsi Mərkəzi Seçki Komissiyasına hesabat təqdim edib. Bundan əlavə, 3 min 950 protokol daxil olub, 2 milyon 669 min 448 bülleten sayılıb”.

M.Pənahov qeyd edib ki, bununla da Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) baş tutub.

Səxavət


Müəllif:

Oxşar xəbərlər