“Azərbaycanda keçirilən referendumla bağlı bütün seçki məntəqələri hesabatı yekunlaşdırıb”.
Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklər edilməsi məqsədi ilə baş tutan ümumxalq səsverməsinin (referendum) nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında çıxışı zamanı bildirib.
M.Pənahov deyib ki, 5627 seçki məntəqəsinin hər biri protokolları MSK-ya təqdim ediblər:
“Bütün məntəqələrin hamısı bu gün səhər saatlarında MSK-ya daxil olub. Yəni, 125 dairə üzrə 5627 məntəqədə səsvermə olub ki, bu məntələrin hər biri də MSK-ya hesabat verib”.
M.Pənahov referendumun şəffaf və demokratik şəraitdə keçirildiyini söyləib.