27 Sentyabr 2016 17:26
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sentyabrın 30-da keçiriləcək iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan layihə müzakirə ediləcək.

Teleqraf.com-un məlumatına görə, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov bildirib.

Vüsal Hüseynovun sözlərinə görə, bu qanunla sərnişin daşınmasını həyata keçirən avtomobillərin sürücüləri üçün yaş və təcrübə ilə bağlı daha sərt tələblər müəyyən edilir ki, bu da ictimaiyyətin maraqlarına uyğundur:

“Belə ki, “D” kateqoriyasında olan nəqliyyat vasitələrini idarə etmək üçün yaş həddi 21-dən 23-ə, “DE” kateqoriyasında isə yaş tələbi 24-dən 26-ya qaldırılır. Bu kateqoriyalarda olan nəqliyyat vasitələrini idarə etmək üçün maksimum yaş həddi 65 müəyyənləşdirilir.

“D” kateqoriyası üzrə ümumilikdə azı 5 il sürücülük təcrübəsi, “DE” kateqoriyası üzrə isə təkcə “D” kateqoriyasında azı 3 il sürücülük təcrübəsi tələbi müəyyən edilir”.

“D” kateqoriyasına sərnişin daşınması üçün nəzərdə tutulan və sürücü oturacağından əlavə oturacaq yerlərinin sayı 8-dən artıq olan avtomobillər, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan avtomobillər daxildir.

“DE” kateqoriyasına isə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan avtomobillər daxildir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər