ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır və dövlət başçısının səlahiyyət müddəti ilə bağlı məsələyə müdaxilə etmək fikrində deyil.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Mark Toner brifinq zamanı deyib.
Qeyd edək ki, Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referendum) seçicilərin 3 673 029 nəfəri səs verib.