28 Sentyabr 2016 16:11
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqunu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycandan xoş təəssüratla ayrıldığını qeyd edən səfir A.Coşqun, diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə Azərbaycan hökumətinə, o cümlədən Xarici işlər Nazirliyinə təşəkkürünü bildirib.

E.Məmmədyarov Azərbaycanla Türkiyə arasında olan qardaşlıq və dostluq əlaqələrinin daha da dərinləşməsində oynadığı mühüm rola görə səfir A.Coşquna təşəkkür edib və iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığın genişləndirilməsində A.Coşqunun fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə Azərbaycan və Türkiyə arasında əməkdaşlığın bütün sahələrdə qardaşlıq və strateji müttəfiqlik prinsipləri əsasında yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb, ikitərəfli əməkdaşlığın regionda və onun hüdudlarından kənarda sülh və inkişafın təmin olunmasına xidmət etdiyi qeyd olunub. Üçtərəfli formatda əməkdaşlığın vacibliyi qeyd olunaraq, bu xüsusda Azərbaycan-Gürcüstan- Türkiyə, Azərbaycan-Türkmənistan-Türkiyə və Azərbaycan-İran-Türkiyə mexanizmlərinin əhəmiyyəti qeyd olunub.

E.Məmmədyarov bir daha məlum dövlət çevrilişinə cəhdin qarşının alınmasında şəhid olanların doğmalarına və qardaş Türkiyə xalqına başsağlığı verib. O, Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olduğunu vurğulayıb. Nazir səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər