28 Sentyabr 2016 20:39
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Könüllülərin hazırlanmasında və inkişafında QHT-lər xüsusi rol oynayır".

Teleqraf.com-a daxil olan məlumata görə, bu fikirləri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev “İrəli” İctimai Birliyinin Oğuz rayonunda keçirilən Könüllülük Festivalının açılış mərasimində bildirib.

V.Quliyev çıxışında Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatının inkişaf tarixinə nəzər salaraq, gənclərin bu sahəyə marağının xeyli artdığını diqqətə çatdırıb. Bildirib ki, hazırda ölkəmizdə könüllülük fəaliyyətini tənzimləyən qanunvericilik bazası, habelə könüllülərin təcrübə toplaması üçün kifayət qədər təşkilat mövcuddur. Qeyri-hökumət təşkilatları, xüsusilə də gənclər təşkilatları könüllülərin hazırlanmasında və inkişafında xüsusi rol oynayır. Eyni zamanda ölkədə könüllülük ideyalarının yayılmasında və bu istiqamətdə təşəbbüslərin reallaşdırılmasında da QHT-lərin rolu əvəzsizdir. Onların əksər layihə və proqramlarının arxasında könüllülük prinsipi, könüllü fəaliyyət dayanır. Hazırda QHT-lərin ətrafında minlərlə könüllü insan birləşir.

Son illər ölkəmizdə həyata keçirilən beynəlxalq və qitə miqyaslı tədbirlərdə, o cümlədən idman yarışlarında gənclərimizin könüllülər qrupunda təmsil olunmalarını da yüksək qiymətləndirən V.Quliyev, könüllülük fəaliyyətinin gəncləri faydalı əməyə, insansevərliyə alışdırdığını qeyd edib, onların vətənpərvər, milli köklərə bağlı, müasir dünyagörüşlü, şəxsi keyfiyyətləri yüksək olan vətəndaş kimi formalaşmasında böyük rol oynadığını vurğulayıb.

V.Quliyev çıxışında ölkəmizdə həyata keçirilən gənclər siyasətinə də toxunub, əldə edilən uğurlardan danışıb. O, gənclər üçün yaradılan imkanlardan, onların təşəbbüslərini dəstəkləyən Gənclər Fondunun fəaliyyətindən, regionlarda inşa edilən gənclər evlərindən, ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının uğurlarından, Azərbaycanın beynəlxalq gənclər hərəkatında fəal təmsilçiliyindən, gənclərimizin beynəlxalq idman və musiqi yarışlarında qazandığı nailiyyətlərdən geniş söhbət açıb.

Azərbaycanda çox fəal könüllülər ordusunun formalaşdığını qeyd edən V.Quliyev festival iştirakçısı olan gənclərə dövlətin onlar üçün yaratdığı imkanlardan səmərəli istifadə etməyi, yaxşı təhsil almağı, vətəndaş cəmiyyətinin inkişafında fəal rol oynamağı, dövlətçilik maraqlarına hər zaman sadiq qalmağı tövsiyə edib.


Müəllif:

Oxşar xəbərlər