Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekovu qəbul edib
Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səfir T.Komekov diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.
Nazir E.Məmmədyarov səfir T.Komekova gələcək fəaliyyətində uğurlar arzu edib.