Milli Məclin bu gün keçirilən plenar iclasında millət vəkili Tahir Kərimli rayon qeydiyyatında olan minik avtomobillərinin paytaxt Bakıya buraxılmamasına etiraz edib.
Teleqraf.com xəbər verir ki, Tahir Kərimli rayon qeydiyyatında olan avtomobillərin paytaxta buraxılmamasını vətəndaşların Konstitusiya hüquqlarının pozulması kimi qiymətləndirib: “İnsanlar rayonlardan Bakıya gəlirlər. Xəstə oldu-olmadı adamlar yolda dayandırılır, maşınlardan düşürülürlər, sonra da başqa maşınla Bakıya gəlirlər. İcra orqanının qərarı ilə konstitusion hüquqlar məhdudlaşdırılır. Qanunlara nəzarət olmalıdır. Təklif edirəm ki, ölkə miqyaslı qanunların icrasına nəzarət orqanı yaradılsın”.
NEMƏT