Azərbaycan Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti Zati-aliləri xanım Pak Kın Heni Koreya Respublikasının milli bayramı münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, təbrikdə deyilir:
Hörmətli xanım Prezident,
Koreya Respublikasının milli bayramı – Dövlətin yaranması günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edərək xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm.