4 Oktyabr 2016 12:07
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 4-5-də Brüsseldə keçirilməsi nəzərdə tutulan Avropa İttifaqının Əfqanıstan üzrə konfransında iştirak etmək üçün Belçikaya işgüzar səfər edəcək. Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

XİN-in məlumatında Azərbaycanın Əfqanıstanda həyata keçirilən quruculuq tədbirlərinə ikitərəfli və çoxtərəfli əsasda töhfə verən tərəfdaş dövlət olduğu bildirilib. Konfrans əsnasında E.Mammadyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

Səxavət


Müəllif:

Oxşar xəbərlər