5 Oktyabr 2016 13:55
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Yankunun etimadnaməsini qəbul edib.

Teleqraf.com-un xəbərinə görə, səfir Dan İanku fəxri qarovul dəstəsinin qarşısından keçib.

Dan İanku etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycan ilə Rumıniyanın strateji tərəfdaş olduğunu qeyd edən dövlət başçısı rəsmi Bakının iki dövlət arasında əməkdaşlığı genişləndirmək və tərəfdaşlığı ikitərəfli, eləcə də Avropa İttifaqı-Azərbaycan və NATO-Azərbaycan əlaqələri çərçivəsində gücləndirməkdə maraqlı olduğunu deyib. Prezident İlham Əliyev Rumıniyaya dəfələrlə səfər etməsini məmnunluqla xatırlayaraq Rumıniyanı Azərbaycanın Avropadakı ən yaxın tərəfdaşlarından biri kimi dəyərləndirib. Dövlət başçısı Rumıniyanın Azərbaycanda çoxlarına yaxşı tanış olduğunu, insanların bu ölkəyə yüksək ehtiramla yanaşdıqlarını bildirib.

Rumıniya Prezidenti Klaus Yohannisin Prezident İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdıran səfir Dan İanku iki ölkənin strateji tərəfdaş olduqlarını vurğulayıb. Rumıniyalı diplomat Bakıya gələrkən inkişafın və böyük potensialın, həmçinin Bakının möhtəşəmliyinin şahidi olduğunu deyib.
Səfir Dan İanku Azərbaycanı Şərq ilə Qərbin, Cənubla Şimalın yolayrıcında yerləşən, zəngin və qədim tarixi və mədəniyyəti olan bir ölkə kimi xarakterizə etdi. Azərbaycanda tolerantlıq ənənələrinin böyük tarixi olduğunu qeyd edən Dan İanku Roma Papası Fransiskin ölkəmizə səfərini Azərbaycanda tolerantlığa, müxtəlifliyə, harmoniyaya ehtiramın əməli ifadəsi kimi dəyərləndirib.

Prezident İlham Əliyev Dan İankuya uğurlar arzulayıb, onun Azərbaycanda fəaliyyəti müddətində insanlarla görüşmək, ölkəmizlə tanış olmaq üçün yaxşı imkan yaranacağına ümidvar olduğunu bildirib. Dövlət başçısı Azərbaycanda mədəni müxtəliflik, multikulturalizm kimi məsələlər üzərində fəal iş aparıldığını deyib.

Prezident İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannisin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rumıniya dövlətinin başçısına çatdırmağı xahiş edib.

Bundan başqa, Azərbaycan Prezidenti Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sainin etimadnaməsini qəbul edib.

Yusif bin Həsən əl-Sai fəxri qarovul dəstəsinin qarşısından keçib.

Səfir Yusif bin Həsən əl-Sai etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Səfir Yusif bin Həsən əl-Sai Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin dövlət başçısına, Azərbaycan xalqına və hökumətinə salamlarını çatdırıb. Qətərin Azərbaycana dost ölkə olduğunu qeyd edən səfir Prezident İlham Əliyevin dəstəyi ilə ölkələrimiz arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Azərbaycan-Qətər əlaqələrinin uğurlu inkişafından məmnunluğunu ifadə edən dövlət başçısı İlham Əliyev iki ölkə arasında dost və qardaş münasibətlərinin olduğunu vurğulayıb. Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin Azərbaycana rəsmi səfərinin uğurlu olduğunu xatırlayan Prezident İlham Əliyev keçirilən görüşlər zamanı səmərəli müzakirələrin aparıldığını məmnunluqla qeyd edib. Qətər Dövlətinin Əmiri ilə bir sıra beynəlxalq forumlar çərçivəsində də görüşdüklərini deyən dövlət başçısı ikitərəfli münasibətlər, həmçinin regional məsələlər ətrafında aparılan fikir mübadiləsinin önəmini vurğulayıb.

Söhbət zamanı iki ölkə arasında əməkdaşlıq əlaqələrinin bir sıra sahələrdə, xüsusən kənd təsərrüfatı və turizm sahələrində böyük potensiala malik olduğu bildirilib, bu istiqamətdə səylərin artırılmasının vacibliyi diqqətə çatdırılıb.

Prezident İlham Əliyev Əmir Şeyx Təmim bin Həməd Al Taninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qətər Dövlətinin Əmirinə çatdırmağı xahiş edib.

Eyni zamanda, Azərbaycan Prezidenti İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadənin etimadnaməsini qəbul edib.


Müəllif:

Oxşar xəbərlər