Avropa İttifaqının Əfqanıstan üzrə konfransında iştirak etmək üçün Belçikada işgüzar səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov Makedoniyanın xarici işlər naziri Nikola Poposki ilə görüşüb.
Xarici İşlər Nazirliyininn mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə nazirlər Azərbaycanla Makedoniya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparıblar. İki ölkə arasında enerji, nəqliyyat və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.
Tərəflər yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Səxavət