6 Oktyabr 2016 19:54
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bir qrup deputatı cari ilin oktyabr ayının 8-də Gürcüstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Tbilisiyə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, millət vəkilləri Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının, Əli Məsimli GUAM Parlament Assambleyasının müşahidəçilər qrupunun tərkibində, Əflatun Amaşov və Hikmət Məmmədov ölkəmizi təmsil edən nümayəndə heyətinin xətti ilə seçki prosesini izləyəcəklər.

Deputatlarımız müxtəlif seçki məntəqələrində olacaq, səsvermənin gedişinə, vətəndaşların fəallığına diqqət yetirəcək.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər