Müsavat partiyasının funksioneri Konül Mirzəyeva vəfat edib. Bu haqda Teleqraf.com-a Müsavat Partiyasının təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı məlumat verib.
O deyib ki, Könül Mirzəyeva uzun illərdir ki, partiyanın Xaçmaz rayon təşkilatının üzvü olub: “Sonuncu qurultayda Könül xanım Müsavat Partiyası Məclisinə üzv seçilmişdi. Özü Xaçmazda yaşayırdı və bir oğlu var”.
Yeri gəlmişkən, Könül Mirzəyeva sosial şəbəkələrdə Turan Türk adı ilə diqqəti cəlb edirdi. Onun son illər xərçəng xəstəliyindən əziyyət çəkdiyi məlum idi.