Rusiya-Azərbaycan-Türkiyə, həmçinin Rusiya-Azərbaycan-İran üçtərəfli formatları ciddi irəliləyişlərin, sülh və sabitlik regionu yaratmaq üçün zəminlərin olduğunu göstərir.
Trend-in məlumatına görə, bunu "Vestnik Kavkaza" agentliyinə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.
Onun sözlərinə görə, indi yalnız Dağlıq Qarabağ münaqişəsini həll etmək qalıb.
Səfir qeyd edib: "Bizi qardaş, həmçinin Rusiya və Türkiyə ilə böyük əlaqələri olan dövlət kimi bu ölkələr arasında əlaqələrin 180 dərəcə dəyişməsi bizi sevindirir".