17 Oktyabr 2016 21:39
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətlərinin rəhbərləri qurumun növbəti sessiyasında AŞPA sədri Pedro Aqramuntla Qarabağla bağlı görüşəcəklər.

Teleqraf.com-un “Novosti Armeniya”ya istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Ermine Naqdalyan məlumat verib.

Onun sözlərinə görə, tərəflər Aqramuntla Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirə aparacaq: “AŞPA-nın münaqişəsinin nizamnamlanması üçün heç bir təsiri yoxdur, buna görə də AŞPA həm Ermənistan, həm də Azərbaycan nümayəndə heyətinin döyüş meydanına çevrilir. Cənab Aqramunt növbəti sessiyada bu tipli mübahisələrə yol verməmək üçün Ermənista və Azərbaycanın nümayəndə heyətlərinin rəhbərlərinin görüşünü təşkil etməyi təklif edib”.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər