18 Oktyabr 2016 16:56
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında iştirak etmək məqsədilə Daşkənddə işgüzar səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov Maldiv Respublikasının xarici işlər naziri Məhəmməd Asimlə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə nazirlər Azərbaycan və Maldiv arasında siyasi, iqtisadi və turizm sahəsində ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər. Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığa toxunan tərəflər seçkili orqanlarda namizədliklərin dəstəklənməsinə dair fikir mübadiləsi aparıblar.

Tərəflər görüşdə İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının gündəliyi və qarşılıqlı maraq doğuran regional məsələlər barədə də söhbət aparıblar.

Səxavət


Müəllif:

Oxşar xəbərlər