19 Oktyabr 2016 10:29
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət komitəsinin iclası keçirilib. Komitənin sədri Rafael Hüseynov gündəlikdəki məsələlər barədə məlumat verib. Bildirib ki, qanunvericiliyin uyğunlaşdırılması baxımından “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” qanun layihələrinə dəyişikliklər edilməsi zərurəti meydana çıxıb.

Teleqraf.com xəbər verir ki, bu zərurət “Dini ekstremizmə qarşı mübarizə haqqında” 4 dekabr 2015-ci il tarixli qanundan irəli gəlib.

Rafael Hüseynov qeyd edib ki, müzakirəyə çıxarılmış qanun layihələrinə görə, dini ekstremizm əleyhinə əməliyyat aparılan zonada kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyənləşdiriləcək.

Həmçinin aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə ötürüləcək məlumatlar da həmin orqanın müəyyən etdiyi formada və həcmdə veriləcək. Dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparılan zonada fiziki və hüquqi şəxslərə rabitə xidmətləri müvəqqəti dayandırıla bilər.

Komitə üzvləri təqdim olunan qanun layihələrinin dördünü də parlamentin plenar iclasına tövsiyə edib.


Müəllif:

Oxşar xəbərlər