19 Oktyabr 2016 15:05
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 19-da ölkəmizdə səfərdə olan İranın Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxşin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər barədə danışıb, bu sahədə İran İslam Respublikasının müvafiq qurumları ilə yüksək səviyyəli əməkdaşlıqdan ətraflı bəhs edib.

Nazir belə səfərlərin uyğun qurumlar arasında əlaqələrin möhkəmləndirilməsində əhəmiyyətli rol oynadığını qeyd edib.

Nümayəndə heyətinin rəhbəri, İranın Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxş rəhbərlik etdiyi əyalətin Azərbaycanla müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb və münasibətin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu bildirib. Vali Məcid Xudabəxş Azərbaycanın bir neçə şəhərində olduğunu və bu səfərlər zamanı ölkədə gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu da qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər